Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,86 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb
Bu gün noyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0502 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,28 faiz artaraq 1,1334 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,86 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.