Dollar 0,01 faiz ucuzlaşıb, avro 0,07 faiz bahalaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manata yüksəlib

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manata yüksəlib

Bu gün sentyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 16-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0008 manat və ya 0,07 faiz artaraq 1,1838 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,91 faiz artaraq 0,0160 manata yüksəlib.

Ana səhifəXəbərlərDollar 0,01 faiz ucuzlaşıb, avro 0,07 faiz bahalaşıb