Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65 faiz azalaraq 0,0153 manata enib
Bu gün sentyabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0482 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0031 manat və ya 0,26 faiz artaraq 1,1748 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65 faiz azalaraq 0,0153 manata enib.