Dollar 0,01 faiz bahalaşıb, avro isə 0,16 faiz ucuzlaşıb

Source:

Bu gün mayın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz bahalaşaraq 1,0483 manata qalxıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0019 manat və ya 0,16 faiz ucuzlaşaraq 1,1730 manat olub.

Ana səhifəXəbərlərDollar 0,01 faiz bahalaşıb, avro isə 0,16 faiz ucuzlaşıb