Dollar 0,01 faiz bahalaşıb, avro 0,23 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,32 faiz artaraq 0,0154 manata enib

Source:


Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,32 faiz artaraq 0,0154 manata enib

Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz artaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,23 faiz azalaraq 1,1717 manata düşüb.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,32 faiz artaraq 0,0154 manata enib.

Ana səhifəXəbərlərDollar 0,01 faiz bahalaşıb, avro 0,23 faiz ucuzlaşıb