Dollar 0,01 faiz bahalaşıb, avro 0,13 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb

Bu gün oktyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 13-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01 faiz artaraq 1,0475 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0016 manat və ya 0,13 faiz azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0169 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərDollar 0,01 faiz bahalaşıb, avro 0,13 faiz ucuzlaşıb