“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayıb

Əsas proqrama daxil olan filmlər üç kateqoriyada yarışacaq.

Source: google.az


Hər bir tamaşaçı səsverməsi nəticəsində “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunacaq

III “DokuBaku”Beynəlxalq Sənədli Film Festivalına start verilib.

Festivala 43 ölkədən 181 sənədli tammetrajlı və qısametrajlı film təqdim edilib. Əsas proqrama daxil olan filmlər üç kateqoriyada yarışacaq.

“Ən yaxşı tammetrajlı sənədli film”

“Asan dərslər” (“Easy Lessons”, Dorrotya Zurbó, 78 dəqiqə. Macarıstan)

“Anamın yoxoluşu” (“The Disappearance of My Mother”, Benıamıno Barrese, 94 dəqiqə. İtaliya/ABŞ)

“Genezis 2.0” (“Genesis 2.0”, Christian Frey & Maxım Arbugaev, 78 dəqiqə. İsveçrə)

“Molenbik tanrıları” (“Gods of Molenbeek”, Reeta Huhtanen. 73 dəqiqə. Finlandiya)

“İstilik ifaçıları” (“Heat Singers”, Nadia Parfan, 64 dəqiqə. Ukrayna)

“Ev oyunları” (“Home Games”, Alisa Kovalenko, 90 dəqiqə. Ukrayna/Fransa/Polşa)

“Mamasita” (“Mamacita”, Jose Pablo Estrada. 75 dəqiqə. Meksika)

“Səfil itlər” (“Pariah Dogs”, Jesse Alk. 77 dəqiqə. ABŞ/Kanada)

“Ursus zavodunun simfoniyası” (“Symphony of the Ursus Factory”, Jaśmina Wójcik, 60 dəqiqə. Polşa)

(“Fəza itləri” (“Space Dogs”, Elsa Kremser & Levin Peter. 91 dəqiqə. Avstriya/Almaniya)

“Ümidin dadı” (“Taste of Hope”, Laura Coppens. 90 dəqiqə. İsveçrə/Almaniya)

“Ən yaxşı qısametrajlı sənədli film”

“Ayrı” (“Apart”, Diana Cam Van Nguyen. 10 dəqiqə. Çexiya)

“Kastinq” (“Casting”, Klaudia Keska. 19 dəqiqə. Polşa)

“Aralıqda” (“In Between”, Samir Karahoda, 14 dəqiqə. Kosovo)

“Təcrid olunmuş” – “Isolated”

“Mənim torpaq payım” (“My Piece of the Earth”, Maka Gogaladze, 54 dəqiqə. Gürcüstan)

“Axşam düşüncə” (“Then comes the evening”, Maja Novaković. 28 dəqiqə. Bosniya və Herseqovina)

“Qorxular” – “Shakes”

“Berlin kəpənəkləri” (“Butterflies in Berlin”, Monica Manganelli. 30 dəqiqə. Italiya/Almaniya)

“Qurd hekayələri” (“Histories of Wolves”, Agnes Meng. 23 dəqiqə. Portuqaliya)

“İlan” (“Snake”, Hanna Hovitie, 17 dəqiqə. Macarıstan/Finlandia)

“Ulduzların çəkilişi (“Shooting Stars”, Magda Jaroszewicz, 17 dəqiqə. Almaniya/Polşa)

“Special Jury Mention” yerli sənədli film”

“Bir zamanlar Şanxayda” (“Once Upon a Time in Shayxay”, Leyli Qafarova, 35 dəqiqə. Azərbaycan)

“Salamı xilas edin!” (“Save Salaam”, Orxan Adıgözəlov, 19 dəqiqə. Azərbaycan)

“Məhəllə” (“Mahalla”, Michael Raybourne, 30 dəqiqə. Azərbaycan)

“Onlar pıçıldayır, bəzən də qışqırırlar” (“They whisper but sometimes scream”, Lalə Əliyeva, 20 dəqiqə. Azərbaycan)

Bundan əlavə, hər bir tamaşaçı səsverməsi nəticəsində “Tamaşaçı rəğbəti mükafatı” təqdim olunacaq.

Müsabiqə proqramına daxil olmuş filmlərə beynəlxalq və yerli münsiflər heyəti tərəfindən baxılacaq. Qaliblər oktyabrın 6-da III “DokuBaku” Festivalının bağlanış mərasimində elan olunacaq.

Ötən gün festival çərçivəsində Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” sənədli filmi nümayiş olunub.

Ana səhifəMədəniyyət“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayıb