Məlumatı Netanyahunun ofisi yayıb
Avqustun 15-də İsrail HƏMAS danışıqlarının növbəti mərhələsinin olacağı bildirilir.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Danışıqların Qətərin paytaxtı Dohada keçiriləcəyi bildirilib.
İsrail nümayəndə heyətinə “Mossad” (kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı) kəşfiyyat xidmətinin direktoru David Barnea başçılıq edəcək.
Daha öncə ABŞ Prezidenti Co Bayden administrasiyası Ər-Riyadın İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında sülh danışıqlarında vasitəçiliyi naminə Səudiyyə Ərəbistanına 10 mindən çox hava bombası verəcəyi bildirilmişdi.
Avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransa ABŞ, Misir və Qətərin Qəzzada münaqişənin həlli üçün danışıqları bərpa etmək çağırışını dəstəkləyib.
HƏMAS-İsrail qarşıdurması 2023-cü il oktyabrın 7-də başlayıb.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin ən son məlumatında görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin qarşıdurması nəticəsində ümumilikdə 39 mindən çox fələstinli həyatını itirib.
İsrail rəsmilərinin hesablamalarına görə isə HƏMAS və “İslami-cihad” da daxil olmaqla, silahlı qruplaşmalardan təxminən 14 min döyüşçü öldürülüb və ya əsir götürülüb.
İsrailin məlumatlarına görə, oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna etdiyi hücum zamanı 1200-ə yaxın adam öldürülüb, 250 nəfər girov götürülüb.