İdman kompleksləri modul xəstəxanaya çevrilir

Səmayə Məmmədovanın sözlərinə görə, avqustun 5-də açılış mərasimi keçiriləcək.

Source: Specify Source

Sabah xəstəxanaların açılışı olacaq

Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri modul tipli xəstəxanaya çevrilir. Gənclər İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova “Report”a belə deyib. Onun sözlərinə görə, komplekslər koronavirus pandemiyası ilə mübarizə çərçivəsində müvəqqəti olaraq xəstəxana olacaq.

Səmayə Məmmədovanın sözlərinə görə, avqustun 5-də açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov və TƏBİB-in sədri Ramin Bayramlı iştirak edəcəklər.

Ana səhifəSosialİdman kompleksləri modul xəstəxanaya çevrilir