Divar kağızlarının qiyməti süni şəkildə ucuzlaşdırılır

Məqsəd ƏDV-dən və dövlət rüsumundan yayınmaqdır

Source:


Məqsəd ƏDV-dən və dövlət rüsumundan yayınmaqdır

2014-cü ildə Azərbaycana rəsmən 5 mln 290,1 min məbləğində divar kağızı gətirilib. Bu, Gürcüstana olan tədarükdən (15 mln 446,9 min) 3 dəfə azdır. Ekspertlər bunu gömrükdəki korrupsiya ilə bağlayırlar.

Dövlətstatkoma görə, ötən il Azərbaycana 6 440,2 ton divar kağızı tədarük edilib. Bu, əvvəlki ildəkindən 10% çoxdur. Onların alınması xərcləri 959,3 min dollar və ya 22,1% artıb, deyə gömrük bildirir.

Amma tədarükçü ölkələrlə müqayisə göstərir ki, divar kağızlarının qiyməti süni şəkildə ucuzlaşdırılır. “Məqsəd ƏDV və gömrük rüsumundan yayınmaqdır, həmin məbləğ nağd şəkildə gömrüyə ödənilir”, -deyə idxalçılar bildirir.

Belarus Milli Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə bu ölkədən Azərbaycana idxal üçün 341 ton divar kağızları (+1%) alınıb və 1 mln 439,6 min dollar (+16,8%) ödənilib. Bu dövrdə Azərbaycan gömrüyündə 193,8 min dollar məbləğində 321,9 ton Belarus divar kağızları rəsmiləşdirilib. Yəni mal Belarus sərhədini keçəndə 4 221dollardan keçib, Azərbaycan gömrüyündə 7 dəfə ucuz – tonu 602 dollardan rəsmiləşdirilib.

Ukraynadan daha çox divar kağızları alınıb. Ötən il bu ölkədən 4 min 89,8 ton, RF-dən 1115,9 ton mal gətirilib.

Azərbaycan gömrüyündə Britaniya markalı divar kağızları daha bahadır. Onun tonu (1,5 ton) 13 266 dollara sənədləşdirilib. Yəqin, idxalçı Britaniya şirkəti və ya Azərbaycan hökumətidir.

İtaliya divar kağızları 3 dəfə ucuz – tonu 4744 dollara sənədləşdirilib. Bu, 2013-cü ildəkindən 3 dəfə bahadır.

Ötən il Türkiyədən – 325,7 ton ($861,1 min), Almaniyadan – 232,8 ton ($181,2 min), ÇXR-dan – 226 ton ($155,4 min), Belçikadan – 41,5 ton ($25 min), Fransadan – 2,5 ton ($1,9 min), Niderlanddan – 17,3 ton ($28,9 min) da divar kağızları alınıb.

İlkin hesablamalara görə, Azərbaycanda divar kağızlarının qanunsuz dövriyyəsi 20 mln dollardır (Turan İA).

Ana səhifəXəbərlərDivar kağızlarının qiyməti süni şəkildə ucuzlaşdırılır