”Diqlas” Ticarət Mərkəzində yanğına görə 3 milyon manat ayrıldı

Vəsait prezidentin ehtiyat fondundan veriləcək

Source:


Vəsait prezidentin ehtiyat fondundan veriləcək

“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğından zərərçəkən sahibkarlara ilkin kompensasiyanın verilməsi qərara alınıb.


Prezident İlham Əliyev

zərərçəkənlərə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.

Vəsait prezidentin ehtiyat fondunda veriləcək.

Sərəncamda deyilir ki, İqtisadiyyat Nazirliyi zərər çəkmiş sahibkarlara ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etməlidir.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Faktla əlaqədar

Baş Prokurorluq

da cinayət işi açılıb.

Ana səhifəXəbərlər”Diqlas” Ticarət Mərkəzində yanğına görə 3 milyon manat ayrıldı