Dini liderlər: Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur

“Bu, ruhani müdriklik tələb edən çox çətin yoldur”.

Source: Specify Source


“Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər”

"Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir".

Bu fikirlər Bütün Rusiyanın, Azərbaycanın və Ermənistanın dini liderlərinin yekun bəyantında yer

alıb

.

Bəyanat oktyabrın 13-də Moskvada Patriarx Kirillin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katalikosu II Qareginin birgə razılığı əsasında qəbul olunub.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirlər ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər:

"Bu, ruhani müdriklik tələb edən çox çətin yoldur".

Bəyanatda müharibə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım çağırışı edilib: “Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır. Rus Pravoslav Kilsəsi özünə yaxın iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”.

Ana səhifəSiyasətDini liderlər: Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur