”Dini inanclıları Azərbaycana qarşı aparılan kampaniyaya cavab verməyə çağırıram”

Zahid Oruc Allahşükür Paşazadəyə müraciət etdi

Source:
Zahid Oruc
Zahid Oruc
Zahid Oruc
Zahid Oruc


Zahid Oruc Allahşükür Paşazadəyə müraciət etdi

“Xaricdə olan bəzi şəxslər Azərbaycanın ictimai-siyasi məkanını təhqirə tutur, təhqiri siyasi həyatın elementinə çevirirlər. Ona görə də Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm”.

Parlamentə çıxışı zamanı deputat Zahid Oruc belə deyib. O, hər kəsi bu məsələdə mövqe bildirməyə çağırıb:

“Bu məsələdə mövqe bildirmək ancaq hakim partiyanın üzərinə düşmür. Bunlar hamımıza qarşı olduğu üçün müşahidəçi qalmaq olmaz. Mövqe bildirmək sizin də vəzifənizdir”.

Deputat mədəniyyət və incəsənət xadimlərini bu kampaniyaya cavab verməyə səsləyib. Zahid Oric Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə xüsusi müraciət edib:

“Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Şeyx də hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ona görə də Şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram” – deyə deputat bildirib.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da martın 15-də “Real TV”-yə verdiyi müsahibəsində Avropada yaşayan azərbaycanlıların keçirdiyi etiraz aksiyalarına münasibət bildirib:

“Anti-Azərbaycan qüvvələrin toplaşdığı bir neçə ölkə var. Onlar heç təşkilatlanmış qüvvə də deyillər. Bunlar milli hissini itirmiş insanlardır, onları ayrı-ayrı iaşə obyektlərində Azərbaycana qarşı danışdırırlar, şəklini çəkib sosial şəbəkələrə buraxırlar. Həmin iaşə obyektlərinə Azərbaycanın simvollarının şəkillərini onların əli ilə yapışdırırlar, sonra şəklini çəkirlər. Bu gün Avropada hardasa 300 minə qədər azərbaycanlı adını daşıyan soydaşlarımız yaşayır. Onun 16-18 mini fəaldır və onun əksəriyyəti Azərbaycan dövlətinin yanındadır, onu təbliğ edən, dəstəkləyən insanlardır. Amma 5-10 nəfəri bütün dünya ölkələrində tapmaq olar, tapırlar da. Əlbəttə, bununla bağlı həmin ölkələrin səfirliklərinə də müraciət etmişik. Burda da, o cümlədən onların ölkəsində da rəsmi qurumlara müraciət etmişik. Bunlar o səviyyənin insanları deyil ki, onlarla bağlı dövlətlərarası əlaqələr səviyyəsində məsələ qaldıraq. Hər halda bu insanlar könül bulandırmaqdan başqa bir işə yaramırlar. Onlara qarşı elə onların öz səviyyəsində, fəaliyyət göstərdikləri müstəvidə mübarizə aparırıq. Bundan artığına onlar layiq deyillər”.

Müsahibəni aparan jurnalist Mirşahin Ağayev isə Azərbaycanı tənqid edənsiyasi mühacirləri aşağılayaraq “adamcıqlar”

adlandırıb

.

Ana səhifəXəbərlər”Dini inanclıları Azərbaycana qarşı aparılan kampaniyaya cavab verməyə çağırıram”