DİN: Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutulub

Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi açılıb

Source:


Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi açılıb

Zaqatalada borca görə 26 yaşlı Vüsal Bəşirovun əllərini balta ilə kəsən şəxslərdən daha biri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvü, rayon sakini Akif Mustafayev də saxlanılıb.

Beləliklə, tutulanların sayı üçə çatıb.

Zaqatala rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhər sakini Vüsal Vahid oğlu Bəşirovun hər iki əlini balta ilə kəsərək hadisə yerindən qaçan Zaqatala şəhər sakini Rəşad Tahirov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2, 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Ana səhifəXəbərlərDİN: Zaqatala sakininin əllərini balta ilə kəsən üç nəfər tutulub