Din xadimlərinə maaş veriləcək

”Hökumətin əsas niyyəti din xadimlərinin başqa dövlətlər tərəfindən idarə olunmamasıdır”

Source:


”Hökumətin əsas niyyəti din xadimlərinin başqa dövlətlər tərəfindən idarə olunmamasıdır”

“Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar”.

Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

deyib

.

M.Qurbanlı hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsinin müzakirə olunduğunu bildirub:

“Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar”.

Onun sözlərinə görə, bunun çox böyük ictimai-siyasi əhəmiyyəti var:

“Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, fond yanvar ayından fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər”.

Komitə sədrinin açıqlamasını Meydan Tv-yə şərh edən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, hökumətin əsas niyyəti din xadimlərinin başqa dövlətlər tərəfindən idarə olunmamasıdır. Dövlət bu addımı atanda müəyyən qədər bu amili nəzərə alıb:

“Burda dövlət büdcəsindən ayrıca əmək haqqı nəzərdə tutulmur. Birbaşa Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə dəstək nəzərdə tutulur. Bu dəstəklə onların qarşısında cəhalətin yayılmaması üçün işlər gördün, maarifçiliklə məşğul olmaq vəzifəsi qoyulur. Buna görə də başqa niyyət güdülmür və onlara məmur kimi vəsait ayrılmayacaq. Bunun müsbət tərəfi odur ki, din xadimləri başqa dövlətlər tərəfindən hardasa inanə, yaxud maaş alması olmayacaq”.

Fazil Mustafa

Fazil Mustafa hesab etmir ki, dövlət bununla dini təsir altına alır. Əksinə, dövlət dini nəzarətsiz də buraxmır. Çünki dövlət dini radikalizm, xurafat və cəhalətə qarşı bu metodu üstün sayır.

“Əgər onları kənara qoysa, dini radikalizm, başqa dövlətlərin təsiri güclənə bilər”.

Ana səhifəXəbərlərDin xadimlərinə maaş veriləcək