Ayatollah Əli Sistani

Mənbə: Foto: arxiv

Başlıq: Ayatollah Əli Sistani

Din xadimi Sistani hökumətin etrazçılara güc tətbiqini pisləyib

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, nümayişçilər bir polis bölməsini yandırıb

İraq şiə din xadimi Ayatollah Əli Sistani hökumət əleyhinə etirazçılara qarşı güc tətbiq edilməsini qınayıb. RFE/RL xəbər verir ki, o, həmçinin nümayişçiləri şiddət və vandalizm hərəkətlərindən çəkinməyə çağırıb.

Sistani oktyabr ayının əvvəlində başladığı gündən bəri ən azı 350 nəfərin ölümü və minlərlə insanın yaralanmasına səbəb olan etirazlar planında parlamenti hazırkı kabineti dəstəkləməməyə çağırıb.

“Hazırkı hökumətin təşkil olunduğu parlamentdən xahiş edilir ki, bu məsələdə seçimini bir daha nəzərdən keçirsin və övladlarının qanını qorumaqdan ötrü İraq xalqının marağına uyğun hərəkət etsin”,- Sistaninin təmsilçisi 29 noyabrda cümə namazı zamanı verdiyi xütbədə onun sözlərini səsləndirib.

İraqlılar Bağdadın küçələrinə axışaraq hökumətdən daha çox iş tələb etməklə yanaşı, idarəçilərin endemik korrupsiyaya son qoymasını və dövlət xidmətlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Noyabrın 29-da minlərlə etirazçı yenidən İraqın cənubunda, hökumət əleyhinə mitinqlərdə ən az 33 nəfərin öldürülməsindən sonra yenidən bir araya gəliblər.

Noyabrın 28-də Nasiriyah şəhərində təhlükəsizlik qüvvələrinin etirazçıların ələ keçirdiyi iki körpünü təmizləmək üçün odlu silah və gözyaşardıcı qazdan istifadə etməsindən sonra ən az 25 nəfərin öldürüldüyü bildirilir. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, nümayişçilər bir polis bölməsini yandırıb.

Xəbərlərdə bildirilir ki, etirazçılar parlament və hökumət binalarının yerləşdiyi Yaşıl Bölgəyə keçməyə çalışarkən Bağdadın Əhrar körpüsünə də odlu silahlardan atəş edilib. Hadisə zamanı dörd nəfərin öldürüldüyü bildirilir.

Nəcəf şəhərinin cənubunda baş verən qarşıdurmalarda daha dörd nəfərin öldüyü qeyd edilir.

İraq hərbi qüvvələri 28 noyabrda təhlükəsizlik və asayişin bərpası üçün bir neçə vilayətdə operativ qərargahlar yaradıldığını qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a4n33m

Ən çox baxılan