Mənbə: https://www.azerbaijan-news.az/

DİN: Sürücülərin şikayəti araşdırılıb

"Mülki məsələ olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub"

Daxili İşlər Nazirliyi (DİN) Meydan TV-də bir gün öncə gedən reportaja münasibət bildirib.

Həmin reportajda İmişlidən olan yük maşını sürücülərinin şikayəti yer alır.

Onlar bildirirlər ki, bir il öncə iş görüblər, ancaq pullarını ala bilmirlər.

Sürücülər deyirlər ki, pullarını verməyən Fədai Abdullayevdən İmişli Rayon Polis İdarəsinə şikayət etsələr də, nəticəsi olmayıb. Onlara: “Bu işdə dələduzluq əməli yoxdur, məhkəməyə gedin”, – deyə cavab veriblər.

Sürücülər İmişli Rayon Polis İdarəsinin hərəkətsizliyindən şikayətçi olduqlarını bildirirdilər.

İmişli Rayon Polis Şöbəsindən Meydan TV-yə də eyni sözlər deyilmişdi. Bildirilmişdi ki, həmin şəxslər onlara müraciət edib, aldadıldıqlarını bildiblər, ancaq iş araşdırılıb və ortada dələduzluq faktının olmadığı üzə çıxıb: “Biz şikayətçilərə məsləhət gördük ki, gedib haqlarını məhkəmədə axtarsınlar. Görünür məhkəməyə müraciət etmək istəməyiblər. Bu işdə polislik bir şey yoxdur, məhkəməlikdir”.

DİN isə iddialarla razılaşmır: "Yük avtomobili sürücüləri 2020-ci il iyun 23-də İmişli Rayon Polis Şöbəsinə müraciət ediblər. Bildiriblər ki, vətəndaş Fədai Abdullayev tərəfindən aldadılıblar. Qabaqcadan razılaşma yolu ilə daşıdıqları yüklərin pullarını ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində, daha sonra isə İstintaq Bölməsində müvafiq araşdırmalar aparılıb və tərəflərin izahatları alınıb. Şikayətçilərin qeyd etdikləri məsələnin mülki xarakterli olduğundan və polis əməkdaşlarının bu məsələyə hüquqi qiymət vermə səlahiyyətlərinin olmadığınından 2020-ci ilin avqust ayında onların şikayəti əsasında aparılan araşdırmalara xitam verilib və zərərçəkmişlərə onlara dəymiş maddi ziyanla bağlı Rayon Məhkəməsinə müraciət etmələri tövsiyə olunub”.

Nazirlik əlavə edib ki, sürücülərin İmişli RPŞ-nə edilən şikayətlərinin araşdırılmadığı barədə dedikləri də həqiqəti əks etdirmir.

Sürücülər isə bildirirlər ki, pullarını ala bilmədikləri işə görə 1 ay yol sürüblər, gündə azı 200 km: “Ağır yük daşıdıq, axırda da vəd edilən pulumuzu vermədilər. Polisə şikayət etdik, aldadılmışıq dedik, polis baxmır. Başqa hara müraciət edək, bilmirik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/830d3e

Ən çox baxılan