DİN rəsmi açıqlama yaydı – Qəzanı Nail Allahverdiyev törədib

“Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq”

Source:

Qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib.

Nail Allahverdiyev Baş nazirin müavini Əli Həsənovun nəvəsidir.

Avqustun 3-də gecə saatlarında Bakının Heydər Əliyev prospektində baş verən qəzada yanan “Mercedes Galendewagen” markalı avtomobilin Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu müəyyənləşib.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Ana səhifəXəbərlərDİN rəsmi açıqlama yaydı – Qəzanı Nail Allahverdiyev törədib