Ramiz Mehdiyevin köməkçisinə 30 sutka həbs verildi (yenilənib)

Eldar Əmirov, Foto: demokrat.az

***

15.00. AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka inzibati cəza alıb.

Bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan olunub.

Xəbəri “APA” yayıb.

Bildirilir ki,  Eldar Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

***

Eldar Əmirovun “Bandotdel”də saxlanıldığı bildirilir

AMEA Prezidenti katibliyinin rəisi Eldar Əmirov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Eldar Əmirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb.

DİN rəsmisi bildirib ki, Eldar Əmirov barəsində idarəyə şikayət daxil olub: “O, şikayətin araşdırılması məqsədi ilə saxlanılıb və hazırda araşdırmalar davam etdirilir”.

Eldar Əmirov 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyevin köməkçisi olub.

R.Mehdiyev fevralın 14-də AMEA Prezidenti vəzifəsindən istefa verdiyini bildirib.

Ana səhifəSiyasətRamiz Mehdiyevin köməkçisinə 30 sutka həbs verildi (yenilənib)