DİN: Qadına qarşı zorakılıq edən polis vəzifəsindən azad edilib

Daha sonra sahə müvəkkili bərbərxanada həmin qadını itələyib.

Source: Соцсети


Elşad Hacıyev: "Qubadov vəzifəsindən azad edilib, sonra nə olacaq, bilmirik”

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubadov vəzifəsindən azad olunub.

Səbəb Camal Qubadovun fevralın 12-də Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsidir.

Həmin hadisənin əks etdirən video çəkiliş sosial şəbəkələrdə yayılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə Camal Qubadovun vəzifəsindən azad edildiyini təsdiqləyib.

“Əmrdə Qubadovun vəzifəsindən azad edildiyi göstərilib. Sonra nə olacaq, bilmirik”, – deyə o bildirib.

Bərbərxanaya daxil olan sahə müvəkkili Camal Qubadov qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib.

Qadın isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra sahə müvəkkili bərbərxanada həmin qadını itələyib.

Ana səhifəSosialDİN: Qadına qarşı zorakılıq edən polis vəzifəsindən azad edilib