Mənbə: Meydan Tv

DİN: Polis 8 Martda nəzərdə tutulan aksiyanın qarşısını alacaq

“Xüsusi karantin rejimində hər hansı kütləvi aksiyanın keçirilməsi hüquqi məsuliyyət yaradır”

Daxili İşlər Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı xəbərdarlıq edib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hır hansı kütləvi aksiyaya icazə verilmir:

“Yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.

Yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir. Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”.

Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib.

Azərbaycan feminist hərəkatı ötən il 8 Mart gününü qeyd etmək məqsədilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirmişdi.

Təşkilatçıların sosial mediada yaydığı bəyanata əsasən, yürüşün məqsədi çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etməkdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8dhuu1

Ən çox baxılan