Mənbə: Meydan TV

DİN "Pikap"ları sahiblərinə qaytarıb

Məqalə yeniləndi:  25 Sentyabr 2020

Kamran Əliyev: "Maşınlar gələcəkdə hərbi məqsədlə istifadə üçün qeydiyyata götürülüb"

Azərbaycan Daxili İşlər Nazirliyi qeydiyyat üçün müvəqqəti götürülmüş "Pikap" avtomobillərini sahiblərinə qaytarıb.

Bu barədə Baş Yol Polisi İdarəsinin nümayəndəsi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, maşınlar gələcəkdə hərbi məqsədlə istifadə üçün qeydiyyata götürülüb.

Bu tədbirlər hərbi texnikanın qeydiyyata alınması ilə bağlı Nazirlər Kabinetinin 2006-cı il qaydaları çərçivəsində həyata keçirilib.

"Avtomobillərin diaqnostikasından sonra onlar sahiblərinə qaytarılıb", - K.Əliyev bildirib.

Polis sentyabrın 21-də ölkənin bütün yollarında avtomobilləri açıqlama vermədən götürməyə başlayıb.

Məhz nə qədər maşının götürüldüyü açıqlanmır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8m2jye

Ən çox baxılan