“Milliön” terminalının birində 2070, digərində 5000 manat pul olub
Cəlilabadda iki ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə “report.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105" markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.
Faktla bağlı cinayət işinin açıldığı bildirilir.