DİN-nin təcridxanasındakı qısaqapanma yanğına səbəb olub

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub, məhkumlar təxliyə edilib

Source:


Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub, məhkumlar təxliyə edilib

Yanvarın 5-də Daxili İşlər Nazirliyinin Xətai rayonu ərazisində, N.Əliyev küçəsində yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında yanğın baş verib. Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanmadan baş verib. Ona görə müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Report.az yazır ki, hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub, məhkumlar təxliyə edilib.

Son məlumata əsasən yanğın söndürülüb.

Ana səhifəXəbərlərDİN-nin təcridxanasındakı qısaqapanma yanğına səbəb olub