DİN Məhərrəm Əliyevin qohumuyla bağlı məsələyə aydınlıq gətirdi

“Məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”

Source:
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi


“Məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”

Daxili İşlər Nazirliyi (DİN) bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu və aşağılandığı haqqında bir sıra KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: “Belə ki, “İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında” təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”.

Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Ana səhifəXəbərlərDİN Məhərrəm Əliyevin qohumuyla bağlı məsələyə aydınlıq gətirdi