E. Zahidov əvvəl mətbuat xidmətinin rəis müavini idi
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.
“Report”a məlumat nazirliyin mətbuat xidmətindən verilib. Bildirilib ki, vəzifəni mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova icra edəcək.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsi isə bu idarənin rəis müavini Samir Zeynalova tapşırılıb.
Yanvarın 24-də daxili işlər naziri, general-polkovnik
Ramil Usubov
mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlovu yaş həddi ilə əlaqədar təqaüdə göndərilməsi barədə əmr imzalayıb.
Onunla birgə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev də təqaüdə göndərilib.