DİN Həsən Hüseynli haqqında məlumat yaydı

“Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib”

Source:


“Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib”

Martın 31-də Gəncə şəhərində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin polis tərəfindən saxlanılması ilə bağlı DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab verib. E.Zahidov deyib ki, Həsən Hüseynli öz həmyerlisi olan bir vətəndaşa bıcaqla xəsarət yetirdiyinə görə saxlanılıb: “Mart ayının 31-də DİN-in “ 102-zəng” mərkəzinə Gəncədə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Məlumatda onlardan birinin xəsarət aldığı da qeyd olunub. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıblar. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseynli və Arzu Qəhrəmanov arasında yaranmış münaqişə zəminində Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseynli isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə BPİ-də Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, mediada Həsən Hüseynliyə qarşı guya təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Həsən Hüseynli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb” – deyə xidmət rəhbəri bildirib.

Ancaq Həsən Hüseynlinin yaxınları DİN rəsmisinin söylədiklərini qəbul etmir və olayı təxribat sayırlar.

Ana səhifəXəbərlərDİN Həsən Hüseynli haqqında məlumat yaydı