DİN: Füzulidə 2 nəfər minaya düşüb

Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

Source: АПА


"Nuru Nuriyev və Elnur Həşimov əraziyə qanunsuz yollarla keçiblər"

İyulun 8-də Füzuli rayonunun işağaldan azad edilmiş kəndi Aşağı Əddürrəhmanlıda 2 nəfər rayon sakini minaya düşüb.

Daxili İşlər Nazirliyi (DİN)

məlumat

yayıb.

DİN bildirir ki, Nuru Nuriyev və Elnur Həşimov Aşağı Əbdürəhmanlıya nəzarət postlarından kənar, qanunsuz yollarla keçiblər. Nəticədə onlar piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Nazirlik qeyd edib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir: “Hazırda yaralanan şəxslərin hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir”.

DİN bildirib ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev fevralda da işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Bir müddət öncə isə Azərbaycanda saxlanan Ermənistan hərbi qullquçularının bir qrupunun təhvil verilməsi əvvəzində Ağdam rayonu istiqamətində mina xəritlərinin rəsmi Bakıya təqdim edildiyi açıqlanmışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ana səhifəSiyasətDİN: Füzulidə 2 nəfər minaya düşüb