DİN: Deputatla Ombudsman məhkəmə qarşısına çıxarılmadan cərimələniblər

“Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir, bu şərtlə ki, onlar məcburi olaraq polisə gətirilməsinlər”.

Source: Meydan TV

Hüquqşünaslar Siyavuş Novruzovla Səbinə Əliyevanın toxunulmazlığını mübahisələndiriblər

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyevanın toxunulmazlığı ola-ola onlar barəsində hansı qanuni əsasla inzibati tənbeh tədbirli görülür?

Bu sualı hüquqşünas Hafiz Həsənov “Facebook” səhifəsində yazıb.

Hafiz Həsənov Konstitusiyanın 90-cı maddəsinə istinad edərək bildirib ki, səlahiyyət müddəti ərzində Milli Məclis deputatının şəxsiyyəti toxunulmazdır. Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Hafiz-Hasanov.jpg
Hafiz Həsənov

Hafiz Həsənov xatırladıb ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunun 6-cı maddəsinə görə İnsan hüquqları üzrə müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır. Səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula və saxlanıla, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz.

Vəkil Aqil Layic isə qeyd edib ki, inzibati cəriməni ödəməyin məcburi icra məmuru üzərindədir. İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində deyilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Copy of Untitled Design (1).png
Aqil Layic

Ancaq vəkil Cavad Cavadov fərqli yanaşır. Vəkil "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun 6.2. maddəsinə istinad edərək bildirib ki, müvəkkil səlahiyyət müddəti ərzində barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Yəni məhkəmədən kənar inzibati məsuliyyətə cəlb edilə bilər.

Cavad Cavadov da Hafiz Həsənov kimi Konstitusiyasının 90-cı maddəsinə əsaslanıb. Amma vurğulayıb ki, Milli Məclisin deputatı da yanız məhkəmə qaydasında inzibati tənbeh tətbiqindən azaddır:

Cavad Cavadov
Cavad Cavadov

“Ombudsman və deputatın məhkəmədən kənar cərimələnməsi qanunidir, bu şərtlə ki, onlar məcburi olaraq polisə gətirilməsinlər".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin şəxslər məhkəməyə çıxarılmayıb:

"Onlar məhkəmə qaydasında deyil, qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində inzibati qaydada cərimə olunublar".

Avqustun 23-də YAP icra katibinin müavini Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva hər biri 400 manat cərimələniblər. Səbəb onların karantin rejiminə zidd olaraq sabiq deputat İlham Əliyevin qızının toy məclisində

iştirakları

dır.

2020-08-23-13-20-24Y4iP8iBFWPM3UKBdnKjg_file.jpg
Siyavuş Novrzov və Səbinə Əliyeva

Onlardan başqa Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

image_from_ios.jpg
Abel Məhərrəmov, Əli Abbasov, Murad Adıgözəlzadə
Ana səhifəSiyasətDİN: Deputatla Ombudsman məhkəmə qarşısına çıxarılmadan cərimələniblər