DİN-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı açıqlama

Elşad Hacıyev: “Sentyabrın 1-dən şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər”

Elşad Hacıyev. Foto: DİN


Elşad Hacıyev: “Sentyabrın 1-dən şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər”

Toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili, keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, sentyabrın 1-dən etibarən təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə

bilər

.

O qeyd edib ki, şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır: “Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur, “icaze.e-gov.az” portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir”.

Azərbaycanda toyların və kütləvi tədbirlərin keçirilməsinə bu il iyulun 1-dən icazə verilib.

Ana səhifəXəbərlərDİN-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı açıqlama