DİN-dən oğurlanan müsavatçı ilə bağlı reaksiya

“Fərəc Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş”

Source:

“Fərəc Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş”

İyulun 23-də səhər saatlarında Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimlinin anasını Bakı Tibb Mərkəzinə apararkən nəmalum şəxslər tərəfindən oğurlandığı haqqında məlumat vermişdik.

Meydan TV-yə bu barədə məlumat verən vəkil Nemət Kərimli bildirmişdi ki, iyulun 17-də Fərəc Kərimlinin heç bir siyasi mənsubiyyəti olmayan qardaşı Sirac Kərimov da Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun istintaqını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparır.

Vəkil Sirac Kərimliyə Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə cinayət işi açıldığını bildirmişdi.

Gün ərzində DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə heç bir məlumata malik olmadığını desə də, günün sonunda Orxan Mansurzadə APA-ya açıqlama verib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə agentliyin sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.

O. Mansurzadə onu da qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

Ana səhifəXəbərlərDİN-dən oğurlanan müsavatçı ilə bağlı reaksiya