DİN Bəxtiyar Hacıyevə ”texniki səhv olub” dedi

”Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”

Source:

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev


”Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”

Sentyabrın 18-dən 19-na keçən gecə Polşaya gedərkən hava limanında saxlanılan bloqqer, gənc fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinə müraciətinə cavab alıb.

Bu barədə Hacıyev “facebook”da məlumat paylaşıb.

O, bildirib: “Daxili İşlər Nazirliyindən zəng edib ölkədən buraxılmamağımla bağlı qadağanın “texniki səhv” olduğunu, artıq ölkədən gedə biləcəyimi bildirdilər. Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”.

Sentyabrın 19-da Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi üzrə toplantısı olmalıdır. .

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

Ana səhifəXəbərlərDİN Bəxtiyar Hacıyevə ”texniki səhv olub” dedi