DİN: Belarusda bazar günü etiraz aksiyalarında 774 adam saxlanılıb

Belarus Daxili İşlər Nazirliyi keçirilən etiraz aksiyalarında iştirak edən adamların hesabını aparıb. Qurumun məlumatına görə, mitinq edənlərin ümumi sayı 22 min adamı ötməyib. Dünən cəmi 774 adam saxlanılıb, DİN-in mətbuat xidməti xəbər verir.

Source: авыфа

Belarus Daxili İşlər Nazirliyi keçirilən

etiraz aksiyalarında

iştirak edən adamların hesabını aparıb. Qurumun məlumatına görə, mitinq edənlərin ümumi sayı 22 min adamı ötməyib. Dünən cəmi 774 adam saxlanılıb, DİN-in mətbuat xidməti xəbər verir.

“Sentyabrın 13-də ölkənin müxtəlif yerlərində 28 etiraz aksiyası qeydə alınıb. İştirakçıların ümumi sayı 22 min adamı ötməyib”, – qurumun məlumatında deyilir. Milis Minskdə Puşkin prospekti ilə Drozdı tərəfə hərəkət edən insanların sayının hardasa 15 min olduğunu hesablayıb. Hüquq-mühafizə işçiləri dünən cəmi 774 adam saxlayıb (onlardan 500-dən çoxu Minskdə saxlanılıb). 544 adam nəzarət altındadır və onların işinə inzibati qanun pozucuları kimi məhkəmədə baxılacaq.

Azadlıq Radiosunun Belarus xidmətinin verdiyi xəbərə görə, bazar günü jurnalistlər Aleksandr Vasyukoviç, Vlad Qridin və Yeqor Kalyagin də saxlanılıb. Avadanlıqları müsadirə olunan jurnalistlər gecəni Minskdə, Okrestina küçəsində Müvəqqəti Saxlanılma Təcridxanasında keçiriblər. Onları icazəsiz tədbirdə iştirak etməkdə günahlandırırlar, məhkəmə işinin günü hələ ki məlum deyil. Azadlıq Radiosunun Belarus xidmətinin verdiyi xəbərə görə, bazar günü jurnalistlər Aleksandr Vasyukoviç, Vlad Qridin və Yeqor Kalyagin də saxlanılıb. Avadanlıqları müsadirə olunan jurnalistlər gecəni Minskdə, Okrestina küçəsində Müvəqqəti Saxlanılma Təcridxanasında keçiriblər. Onları icazəsiz tədbirdə iştirak etməkdə günahlandırırlar, məhkəmə işinin günü hələ ki məlum deyil.

Müxtəlif qiymətləndirmələrə görə, sentyabrın 13-də Minskdə 100-150 min adam iştirak edib. Belarusda bir aydan artıqdır ki, etiraz aksiyaları və tətillər keçirilir. Bu tədbirlər seçki lərin rəsmi nəticələri bəlli olduqdan sonra başlayıb. Belə ki həmin nəticələrə görə, Aleksandr Lukaşenko altıncı dəfə ölkə prezidenti seçilib.

Etiraz aksiyalarının ilk günlərində güc strukturlarının əməkdaşları iştirakçıları qəddarlıqla saxlayıb. Saxlanılanların arasında həddi-büluğa çatmayanlar da olub. Bir çox adam amasızcasına döyülüb. Ümumilikdə 7 mindən çox adam həbs olunub. BMT-nin məlumatına görə, dörd nəfər həlak olub, səkkiz nəfərin taleyi naməlumdur.

Ana səhifəXəbərlərDİN: Belarusda bazar günü etiraz aksiyalarında 774 adam saxlanılıb