Dilqəm Əsgərovun və Şahbaz Quliyevin tutulması faktı üzrə cinayət işi

Bu iş üzrə Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Source:


Bu iş üzrə Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Azərbaycanın Baş Prokurorluğu 2014-cü ilin iyulunda ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun girov götürülməsi faktı üzrə cinayət işi açıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Onlar Ermənistan SQ-nin işğal etdiyi Azərbaycan ərazisində doğmalarının məzarlarını ziyarət edərkən girov götürülüblər. Beynəlxalq hüquq normalarına zidd olaraq, onlar prosessual hüquqlardan məhrum edilərək həbs ediliblər, deyə məlumatda bildirilir.

Həsənovun qəsdən qətlə yetirilməsi və Əsgərov və Quliyevin tanınmamış “DQR” adından saxta ittihamla həbs cəzasına məhkum edilməsi ilə əlaqədar Azərbaycanın Kəlbəcər rayon Prokurorluğunda 115.2 (müharibə qanunlarının və adətlərinin pozulması), 115.4 (qəsdən qətl törətməklə müharibə qanunlarının və adətlərinin pozulması), 116.0 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarına zidd olaraq şəxsi həbs və ya başqa formada azadlıqdan məhrumetmə, həmçinin prosessual hüquqlardan məhrum etmə) maddələrlə cinayət işi açılıb.

İş üzrə istintaq baş prokurorun nəzarəti altına götürülüb.

Erməni separatçıları Əsgərovu ömürlük, Quliyev isə 22 il müddətinə həbs cəzasına məhkum ediblər.

Həsən Həsənov atışma zamanı qətlə yetirilib.

Onlar Kəlbəcər ərazisində erməniləri qətl edən diversiya qrupu kimi qəbul edilib.

Quliyev və Əsgərov onlara qarşı irəli sürülmüş casusluq, diversiya və qətl ittihamlarını təkzib ediblər.

Bu iş üzrə Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Ana səhifəXəbərlərDilqəm Əsgərovun və Şahbaz Quliyevin tutulması faktı üzrə cinayət işi