Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb

Dilqəm Əsgərov və Şahbaz Quliyev

Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.

Çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, onların azadlığa buraxılması ilə bağlı iş aparmaq çox çətindir.

O qeyd edib ki, girovların azadlığa buraxılması məsələsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir: "Onlara girovluqda işgəncə verirlər. Saxta məhkəmə quraraq onlara qarşı ittiham irəli sürüblər. Beynəlxalq təşkilatlar isə bu məsələdə susurlar. İstəsələr, onların azadlığa buraxılmasına nail ola bilərlər. Biz Müdafiə Komitəsinin İşçı Qrupunu yaradırıq, məqsədimiz onların azadlığa buraxılmasına nail olmaqdır. Bununla biz ictmai rəyə təsir etmək istəyirik".
İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi Qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi Qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Komitəsinin sədrinin Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov olması təklif edilib, təklif səsə qoyularaq qəbul edilib.

Sonda Müdafiə Komitəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra'ad Al Husseinə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə müraciət ünvanlanıb.

Müraciətdə girovların azadlığa buraxlması üçün dəstək verilməsi xahiş olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hv7abx

Ən çox baxılan