Mənbə: Meydan.TV

Dializ xəstələri etiraz edir: “Sanki bizi ölümə göndərirlər”

Dializ xəstələri etiraz edir: “Sanki bizi ölümə göndərirlər”

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan dializ xəstələri bugün xəstəxana binasının yaxınlığında toplaşaraq etiraz ediblər. Onlara bir həftə bundan əvvəl xəbər çatıb ki, xəstəxanın hemodializ şöbəsi koronaviruslu dializ xəstələri üçün ayrılır. Hazırda burada müalicə alanlar da ayrı-ayrı yerlərdəki xəstəxanalara bölüşdürüləcək.

Dializ xəstələri başqa xəstəxanaya köçmək istəmir. Çünkü, onlar digər yerlərdəki şəraitlə tanışdırlar. Az-çox burada özlərini təhlükəsiz hiss edirlər.

Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru Musa Abbasov bu vəzifəyə cari ilin aprel ayında TƏBİB tərəfindən təyin olunub. O, xəstələrin toplaşmasından bir qədər sonra onları qəbul edirb. Qəbula gedən vətəndaşlar isə içəridən bikef çıxıblar.

Fariz Babayev Səhiyyə Nazirliyinin baş nefroloqudur. Xəstəxananın direktoru xəstələrə məsələni onunla müzakirə etməli olduqlarını deyib. Bir sıra dövlət qurumlarına müraciət edən dializ xəstələri, hazırda baş nefroloqla görüşəcəkləri günü gözləyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9hly16

Ən çox baxılan