Mənbə: Google

Dializ alan pasiyentlərin zəhərləndiyi bildirilir

İlkin ehtimal dializ aparatlarının içinə vurulan sudan olduğu düşünülür

Yanvarın 23-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində müalicə alan pasiyentlər zəhərlənib. Zəhərlənmə səbəbi məlum deyil. İlkin ehtimal dializ aparatlarının içinə vurulan sudan olduğu düşünülür.

Bu barədə Meydan TV-yə dializ alanların yaxınları məlumat verib.

Dializdən zəhərləndiyi güman edilən Əlisa Ağayevin oğlu Vasif Ağayev bildirib ki, atası dünən səhər dializ alıb. Dializ bitəndən, evə gedəndən sonra vəziyyəti pisləşib:

"Təzyiqi kəskin düşdü. Qızdırma, ishal, qaytarma, titrətməsi var idi, yenidən xəstəxanaya qayıtmalı olduq. Xəstəxanada nə lazımdır kömək etdilər. Ancaq zəhərlənmənin səbəbini hələ bilmirik, açıqlamayıblar. İndi hələ də xəstəxanadayıq, vəziyyəti düzəlsin, yenidən dializ alacaq, ondan sonra evə gedərik yəqin".

Vasif Ağayev deyir ki, atası ilə bərabər dializ alan şəxslərin hamısında eyni simptomlar özünü göstərib. Onların hamısı xəstəxanada yenidən yoxlanıb, müalicə ediliblər və hamıya eyni sözlər deyilib. Hələlik, bu hala düşmələrinin səbəbi bəlli deyil, araşdırılır.

“Deyəsən həkimlər özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər. Ancaq araşdırdıqlarını söyləyirlər”.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva isə “Ayna”-ya hadisə barədə arşadırma apararaq ətraflı məlumat verəcəklərini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g33t9y

Ən çox baxılan