Diabet xəstəsi olan Kürdəmir sakini: Qanuna baxan yoxdur

”Məni pulsuz verilməli olan şəkər ölçən cihazla təmin etmirlər”

Source:


”Məni pulsuz verilməli olan şəkər ölçən cihazla təmin etmirlər”

“2 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Dəfələrlə müarciət etməyimə baxmayaraq, məni şəkərimi ölçmək üçün cihazla təmin etmirlər. Əziyyət çəkirəm”,

Bunu Meydan TV-ə Kürdəmir şəhəri, Sabir küçəsində yaşayan Svetlana Talıbova deyib.

O, nəinki şəkər ölçən cihaz, ümumiyyətlə şəkər xəstələrinə verilməli olan dərmanları da vaxtlı-vaxtında almadığını söyləyir:

“İki ildir şəkər xəstəsiyəm. Bu dörv ərzində dəfələrlə səhiyyə şöbəsinə və qeydiyyatda olduğum bölgə üzrə poliklinikaya müraciət etmişəm. Halbuki qanunla şəkər xəstələri qeydiyyata düşdükdən 3 ay sonra pulsuz dərmanlarla və cihazla təmin olunmalıdır. Ancaq qanuna baxan yoxdur”.

S.Talıbova deyir ki, sonuncu dəfə müraciətindən sonra onu cihazla təmin edəcəklərinə söz veriblər:

“Gözləyirəm, görüm bu dəfə sözlərini tutacaqlarmı”.

Meydan TV Svetlana Talıbovanın şikayəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, qeydiyyatda olan xəstələr pulsuz dərmanla və cihazla təmin edilməlidirlər. Onun sözlərinə görə bu Svetlana Talıbovanın da haqqıdır:

“Bir daha qeydiyyatda olduğu poliklinikaya müraciət etsin. Bu dəfə də onu cihazla təmin etməsələr, o zaman xanım Səhiyyə Nazirliyinə müraciət etsin”.

2017-ci ildə açıqlanan son, 8 ayın yekunlarına dair məlumatda deyilir ki, Azərbaycanda 241 min 323 şəkərli diabet xəstəsi qeydiyyatdadır.

“Report”un

məlumatı

na görə, bu haqda Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova danışıb.

O, ölkə üzrə 29 min 830 nəfərin I tip, 211 min 493 nəfərin isə II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini söylləyib: “Azərbaycanda şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543 nəfərdir. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 min 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır”.

2013-cü ildə “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın maliyyə təminatına 33,7 mln. manat vəsait

ayrılıb

.


Məlumat

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsindən götürülüb.  Səhifədə olan dövlət büdcəsinin icrasına dair yeganə hesabat məhz 2013-cü ili əhatə edirdi.

Mətbuatda gedən açıqlamalardan birində isə 2015-ci ildə bu xəstələrin müalicəsi üçün 30 milyon, 2016-ci ildə isə 40,1 milyon manat vəsait ayrıldığı deyilir. 2017-ci il diabetli xəstələr üçün olan dövlət proqramına 36 milyon 80 min manat: bunun 36 milyon manatı dərman və sarğı ləvazimatlarına, 80 min manat isə bank xərclərinə ayrılıb.

Ana səhifəXəbərlərDiabet xəstəsi olan Kürdəmir sakini: Qanuna baxan yoxdur