“Bəzi işbazlar gömrük orqanları qarşısındakı öhdəliklərini yerinə yetirmir”
Bakı Baş Gömrük İdarəsinin apardığı araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi məlum olub.
Bu barədə Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, son illərdə idxal-ixrac əməliyyatlarının sürətli, maneəsiz və şəffaf həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən tətbiq edilən və Ümumdünya Gömrük Təşkilatının bir sıra ölkələrə nümunə göstərdiyi “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” kimi səmərəli layihələr bunun bariz nümunəsidir.
Məlumatda deyilir ki, hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır:
“Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq, bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə, qanunsuz yollara əl atır. Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi bəlli olub”.
Ümumilikdə 1 mln. 53 min 684,61 dollar vəsait gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd olunub:
DGK bildirir ki, ölkənin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.