Dəyanət Rzayevin ölümünə görə cinayət işi açılıb

Polis hadisənin baş vermə səbəblərini araşdırır

Source:
Даянат Рзаев
Даянат Рзаев
Даянат Рзаев


Polis hadisənin baş vermə səbəblərini araşdırır

Psixoloq Dəyanət Rzayevin

ölümü ilə bağlı

cinayət işi başlanıb.

APA xəbəri Yasamal Rayon Prokurorluğuna istinadən yayıb. Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

>Hadisənin baş vermə səbəbləri müəyyənləşdiriləcək.

46 yaşlı Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov, 185) yerləşən evində aşkarlanıb. D.Rzayevin özünü kəmərlə boğaraq intihar etdiyi düşünülür.

Hadisədən öncə D.Rzayevin yazdığı məktubun tapıldığı bildirilir. Verilən xəbərə görə, o bu qərarda heç kimin günahlandırılmamasını istəyib.

Son aylar intihar xəbərləri artıb. Yanvarın 16-da Dəyanət Rzayev özü də bu barədə

Meydan TV-yə açıqlama vermişdi

. O, intiharların əksəriyyətinin arxasında korrupsiyanın dayandığını demişdi.

Ana səhifəXəbərlərDəyanət Rzayevin ölümünə görə cinayət işi açılıb