Devalvasiyanın xeyri

Vahid Naxışın ANS nağılı

Source:



Başa düşüləndir ki, buna iqtidarınız çatacaq qədər jurnalistika və mediada yoxsunuz. Ancaq kanalın rəhbəri çıxıb xalqa deyir ki, hər şey ağdı. Devalvasiya yaxşı şeydi. Çinlilər devalvasiyadan sonra aldıqları maaşla iki dəfə Amerikaya gedib-gələ bilirlər. Bu hansı faktdı, hansı elmdi, Vahid Naxış bunu hardan öyrənib, bu hansı dəyərli mənbədi? Əslində bu sözləri, bu şərhi düşündükcə adam sadəcə bir suala cavab tapmaq istəyir? Necə?

Bir televiziya kanalı özünə nələri, nə dədəri icazə verə bilər ? Yəni bunun bir sərhəddi, bir dayanacaq nöqtəsi olmazmı? Bir televiziya kanalı necə bu qədər prinsipial olaraq, sadəcə media və jurnalistika dəyərlərinə düşmən kəsilə bilər? Bir kanal, bir media qurumu necə bütün fəaliyyəti insanları media və jurnalistikadan, xəbərçilikdən iyrəndirməyi qarşısına məqsəd qoya bilər?

Sosial şəbəkələrdə ANS kanalının rəhbəri Vahid Naxışın bir müsahibəsi çıxıb. Vahid Naxış heç bir nəinki peşə, heç adi sıravi vətəndaş məsuliyyəti belə duymadan ölkədəki devalvasiyanı sözün həqiqi mənasında ağzına gələni danışmaqla şərh edir. Bu qəbildən savadsız söhbətləri biz adətən yas yerlərində yaşlı adamlardan eşidərik. Halvadan qaşıqlayıb, çaydan içə-içə adamlar bilib bilmədikləri şeyləri, ordan-burdan necəsə qulaqlarının aldığı məlumatın başın-gözün düzəldib danışırlar. Hər kəs nəsə ağıllı bir şeydən danışmaq, özün göstərmək ehtiyacından boş-boş danışır.

Onlara qulaq asanlar da elə onlar qədər intellektual bazaya malik olduqlarına görə, söhbətləri yaxşı tutur. Bu tip söhbətlər adətən yas yerlərində və taksidə olur və birmənalı olaraq o söhbəti eliyənlər ölkəni söküb-yığır, problemin də həll yollarını göstərirlər. Nə ANS taksi, nə də Vahid Naxış taksi sürücüsü deyil, ancaq bir televiziya rəhbərinin elədiyi söhbət məlum taksi söhbətlərindən səviyyəcə üstün deyil. Görün, indi Azərbaycan media və jurnalistikası nə günə düşüb? Kimlərin ümidinə qalıb ?

Bir dostumuz var, prinsipial olaraq ANS televiziyasına baxmır. Bir dəfə ona ANS-in bir videosunu göndərmişdim. Dedi, bilirsən ki, o kanala baxmıram. Mən bu qədərinə şübhə edəndə dostum izah elədi ki, bir kanal uzun müddətdir sadə xalqı təhqir edirsə, niyə ona baxmalıyam? Deyir, mən savadlı insanam. Xaricdə magistratura oxumuşam. Ancaq mən gəlmişəm Azərbaycana, ANS toy müğənnisini, tamadanı efirə çıxarıb, onun ağlıyla məni aldatmaq istəyir.

ANS aparıcısı çıxıb efirdə hamını başa salmaq istəyir ki, devalvasiya Azərbaycan iqtisadiyyatına xeyirdi. Xalqın vəziyyətinin ciddiliyinə bu kanalın Elgiz siyasəti təhqir və aşağılamadan başqa bir şey deyil. Mənim bu təhqirə təhqirlə cavab vermək imkanım yoxdu, gücüm ona çatır ki, özümü bu təhqirin dinləyici və tamaşaçısına çevirməyim.


Həqiqətən də, əslində adı çəkilən kanalla bağlı hər şey aydındır. Bir kanalın ki, rəhbərləri Tarantino filmlərinə baxmaqları, Tolstoy oxumaqları ilə fəxr edə, amma xalqa meyxanaçını, tamadanı ciddi sənət adamı kimi təqdim edə, artıq sözə nə hacət? Prestij özünə hörmət məsələsidi. Sadəcə, gərək telekanal özünə hörmət edə, az da olsa reputasiya və prestijinin qeydinə qala.

Jurnalistika və media güvənmə, inam və hörmət etibarlı mənbə olmaq ünvanını qazanma işidi. Bir kanalın ki, adı çəkiləndə bayağı zövqlü mügənnilər, ağzına gələni çırtıq çala-çala oxuyan meyxanaçılar yada düşür, deməli, o kanal çoxdan hər şeydən əl çəkib, təslim olub, indi prosesdən zövq almaqla məşğuldu. Və bunu tamaşaçıya yansıtmaqdan da razı görünür.

Avtoritar rejimlərdə müstəqil televiziya kanalları olmur. Onları ya pulla ələ alırlar, ya qorxudub kanalı sahiblərinin əllərindən alırlar, ya da hansısa şərtlər qarşılığında dövlətin nəzarəti altında fəaliyyətinə icazə verilir. ANS kanalında bunlardan hansının olduğunu demək çox çətindi. Ancaq kanalın siyasi xəttinin dəyişməsinə baxmayaraq, rəhbərlərinin dəyişməməsi və üstəlik, çıxıb efirdə tez-tez hadisələri malalamaq cəhdləri onu deməyə əsas verir ki, hər şey pul ya da güzəştlə, qarşılıqlı öhdəliklərlə həll olunub. Avtoritar rejimlərin media ilə münasibətləri haqqında təcrübə bunu deyir. Razılaşma və satılma olmayanda başqa cür olur.

Ölkədə devalvasiya olub, böyük əksəriyyətinin banklara borcu olan əhali televiziyadan ağıllı bir söz eşitmək ehtiyacı içindədir. İndi yaltaqlıq, quyruq bulamaq zamanı deyil, jurnalistikanın, xəbərçiliyin peşəkarlığı onu tələb edir ki, savadlı ekspertlər verilişlərə dəvət olunmalı və əhali içərisində narahatlıq yaradan suallara aydınlıq gətirilməlidi. Bu da olmalıdı kanalın peşəkarlığı.

Başa düşüləndir ki, buna iqtidarınız çatacaq qədər jurnalistika və mediada yoxsunuz. Ancaq kanalın rəhbəri çıxıb xalqa deyir ki, hər şey ağdı. Devalvasiya yaxşı şeydi. Çinlilər devalvasiyadan sonra aldıqları maaşla iki dəfə Amerikaya gedib-gələ bilirlər. Bu hansı faktdı, hansı elmdi, Vahid Naxış bunu hardan öyrənib, bu hansı dəyərli mənbədi? Əslində bu sözləri, bu şərhi düşündükcə adam sadəcə bir suala cavab tapmaq istəyir? Necə?

Bu sayıqlamanı xalqa idmandan başqa heç bir peşədə həqiqi olmayan savadsız adam deyir. Bu adam böyük bir telekanalın rəhbəridi. Ölkədə vətənpərvərlik kimi lazımlı bir mövzünü vətənpərvərlik haqqında çəkdiyi cizgi filmləri ilə inhisara almış adam. Doğrudan da, vətənpərvərliyin bir daha kimlərin son sığınacaq yeri olduğu haqqında fikir təntənə ilə qalib gəlir. Onsuz da vəziyyəti yaxşı olmayan milyonlarla insan üçün iqtisadi faciə olan devalvasiyanı siyasi sifarişlə malalayan adam nə dərəcədə vətənpərvər ola bilər?

Görün, ölkəmizdə vətənpərvərlik kimi ciddi bir mövzü hansı adamların əlindədir? Bizim vətənpərvərlərimiz kimdi? Görün, biz xalq olaraq, kimlərə haqq və status vermişik? 20 ildən çoxdur, adını böyük ustalıqla istismar etdikləri, Vahidin qardaşı Çingiz Mustafayev silah qarşısında başsız qaldıqları üçün geri çəkilən orduya “qorxaqsız, arvadsız” deyirdi. Görəsən, indi pulun qarşısında sınmış, onu meyxanaçılara, tamadalara dəyişmiş qardaşı Vahidi və Mirşahini bu vəziyyətdə görsəydi, nə deyərdi?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDevalvasiyanın xeyri