Devalvasiya və inkişaf arzuları

“Kənd Təsərrüfatı İli”ndə hədəflərə çatılmadı

Source:


“Kənd Təsərrüfatı İli”ndə hədəflərə çatılmadı

İkinci devalvasiyadan sonra ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti iki dəfə artıb. Səbəb isə bəllidir, dolların bahalaşması məhsulların qiymətinə təsir göstərir. Sahibkarlar qiymət artımını idxallla əlaqələndirirlər. Çörək bişirilməsi üçün ərzaq buğdası, toyuq saxlamaq üçün yem, baytarlıq preparatları xaricdən gətirilir.  Əhalinin kartof, soğan, meyvə təlabatı da xarici istehsal hesabına ödənilir. Halbuki Kənd Təsərrüfatı Nazirliyinin statistikasında 2015-ci ildə taxıl istehsalının yüskək səviyyəyə çatdığı, meyvə-tərəvəz istehsalının isə təlabatı ödəyəcək qədər olduğu göstərilir.

Nəzərə alaq ki, ötən il rəsmi dövlət səviyyəsində “Kənd Təsərrüfatı ili” elan olunmuşdu. Həmçinin ötən il “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın son ili idi. Amma devalvasiya Azərbaycanın hələ də idxaldan asılı olduğunu təsdiqlədi.


H


ə


d


ə


fl


ə


r



yerin


ə


yetirilm


ə


di

Əvvəlcə dövlət proqramı haqqında məlumat verək.  7 illik Dövlət Proqramında ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Və təbii ki, əsas hədəf müəyyənləşdirilmişdi. Yola saldığımız bahalaşma ilində dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona,  kartof istehsalının həcmini 1,12 milyon tona çatdırmaq planlaşdırılırdı.

Amma devalvasiya sübut etdi ki, proqramın icrası ilə bağlı hədəflər yerinə yetirilmədi. Məsələn, ətə, südə, kartofa olan təlabatı yerli istehsal hesabına həyata keçirmək mümkün olmadı.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki,  2014-cü ildə  2379,4 min ton taxıl istehsal edilib. Bu göstərici isə proqramın qəbul edildiyi ildən 118,9 min ton azdır. Yəni 2008-ci ildə 2379,4 min ton taxıl istehsal olunub. Kartof istehsalı da 257,8 min ton azalaraq 819,3 min ton təşkil edib.

Proqramın həyata keçirildiyi illər ərzində kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 37 dəfə, ət və ət məhsulları idxalı 2 dəfə, balıq idxalı 4 dəfə artıb.

Əvəzində isə taxıl, kartof, süd, çay istehsalı azalıb. Beləliklə də, proqramda nəzərdə tutulan işlər yerinə yetirilməyib. Kənd təsərrüfatı ilində isə aqrar sektorun inkişafı, strateji əhəmiyyətli məhsul istehsalında rekord göstəricilərə nail olmaq və kənd təsərrüfatının bütün sahələrində uğurlar vəd edilmişdi. Amma bahalaşma “uğurun” acı nəticələrini göstərdi. Doğrudur, un və çörəyin qiyməti inzibati metodlarla aşağı salındı. Hətta məhsullarını bahalaşdıran firma əməkdaşları həbs də edildi. Amma bu tədbirlər idxaldan asılılıq gerçəyini dəyişmədi.

V.Məhərrəmovun sözlərinə görə, ölkədə təlabatı ödəyəcək qədər ət istehsal olunmur: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına ət istehlakı 80 kiloqram müəyyən olunub. Azərbaycanda isə 25 kiloqram ət istehsal edilir. İdxal olunan ətlə birgə adambaşına il ərzində 34 kiloqram ət istehlak edilir. Bu isə o deməkdir ki, hətta tələbatın yarısı qədər ət istehlak edilmir.  Buna görə də ölkədə ət və ət məhsullarının qiyməti yüksəkdir. Hətta devalvasiyadan əvvəlki qiymətlər də xarici ölkələrlə müqayisədə 2 dəfə baha olub”.


“Yemlik buğdadan istifadə olunur”

Un və un məhsullarının qiymətinə gəldikdə isə, ekspert deyir ki, çörəkbişirmədə istifadə olunan buğda ərzaq buğdası deyil, keyfiyyəti aşağı olan, yemlik, yəni 4-cü və 5-ci sinif buğdadır. Gürcüstanda hələ Saakaşvili dönəmində 4-cü və 5-ci sinif buğda idxalına qadağa qoyulub: “Dünya bazarında 4-cü sinif buğda ilə 3-cü sinif buğda arasında qiymət fərqi 35-40 faizə qədərdir. Ərzaq buğdası hesab olunan 3-cü sinif buğdanın 1 tonunun qiyməti 200 dollardan baha olduğu halda, Rusiya treyderləri 4-cü sinif buğdanı140 dollara, 5-ci sinif buğdanı isə 125 dollara təklif edirlər. Ona görə də sözügedən məhsullar üzrə qiymət müqayisəsi aparmaq qeyri-ciddidir. Ölkəmizə gətirilən buğdanın keyfiyyəti aşağı olduğu üçün həmin xammaldan alınan unun da keyfiyyəti aşağıdır. Ölkəmizdə istehsal olunan unun keyfiyyətini nəzərə alsaq, təklif olunan məhsulun (50 kq) qiyməti 17 manatdan baha olmamalıdır. Azərbaycanda un və çörəyin qiyməti keyfiyyətinə uyğun deyil. Əgər idxaldan və un bazarından monopoliya tamamilə götürülərsə, ölkəyə gətirilən unun satış qiyməti 17 manat civarında olar. Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır”.


Piy, yoxsa yağ?

V.Məhərrəmov bahalaşan ərzaqların siyahısına daxil olan kərə yağlarına da toxunub: “Təəssüflər olsun ki, oliqarxlar ucuz yağ və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə baha qiymətə satırlar. Nəzərinizə çatdırım ki, 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr inək südündən (3,6 %-li) istifadə olunur. Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir, xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 12-13 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Avropada istehsal xərcinin 50 faizini hökumət öz üzərinə götürür, sahibkara dotasiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəşt, subsidiya nəzərdə tutulmayıb. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini kərə yağı iyisi verən maddə ilə qarışdırıb əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin idxal olunan ucuz kərə yağlarının keyfiyyəti də şübhə doğurur”.

Ekspert Nübar Seyidova da hesab edir ki, qiymətləri uzun müddət inzibati tədbirlərlə belə saxlamaq nəticə verməyəcək. Yaxın aylarda ya qiymət artacaq, ya da sahibkarlar məhsul gətirməkdən imtina edəcəklər. Bu isə ərzaq bazarında qıtlığa səbəb ola bilər.

Amma İqtisadiyyat Nazirliyi bahalaşmanın süni olduğunu düşünür. Nazirlik monitorinqlər apararaq bahalaşmaya gedən firma və ya müəssisələri cəzalandırır. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə artıq 4 nəfərin süni qiymət artımı ilə bağlı həbs edildiyini bəyan edib.

Ekspertlərsə Novruz ərəfəsində yeni bahalaşmaya qədəm qoyulacağını indidən proqnozlaşdırırlar.

Ana səhifəXəbərlərDevalvasiya və inkişaf arzuları