”Devalvasiya olmasa da büdcə gəlirləri az icra olunacaqdı”

“Devalvasiyanın təsiri nəzərə alınmasa, büdcənin gəlirləri maksimum 14.2 milyard olacaqdı ki, bu da hətta 2011-ci ilin göstəricisindən 1.5 milyard manat azdır”

Source:


“Devalvasiyanın təsiri nəzərə alınmasa, büdcənin gəlirləri maksimum 14.2 milyard olacaqdı ki, bu da hətta 2011-ci ilin göstəricisindən 1.5 milyard manat azdır”

2015-ci ildə hökumət sosial layihələrin maliyyələşməsi xərclərini 350 mln manat azaldıb.

İqtisadçı Rövşən Ağayev 10 yanvarda maliyyə naziri Samir Şərifovun açıqladığı rəqəmlərə əsaslanarq hesablayıb ki, sosial müdafiə xərcləri 183.5 milyon manat (təxminən 10%), səhiyyə xərcləri 70 milyon manat (təxminən 10%), təhsil xərcləri 106 milyon manat (təxminən 6%) ixtisar olunub.

2015-ci ildə iqtisadiyyata dövlət investisiya xərcləri nəzərdə tutulandan 47% (3.7 milyard) manat az olub.

Hökumət büdcə gəlirlərinin 2.3 milyard manat (təxminən 12%) az icra edildiyini bəyan edir. İqtisadçının fikrincə, devalvasiya olmasa idi, büdcə gəlirləri ən azı 4.2 milyard manat (23%) az icra olunacaqdı. Yəni devalvasiyanın təsiri nəzərə alınmasa, büdcənin gəlirləri maksimum 14.2 milyard olacaqdı ki, bu da hətta 2011-ci ilin göstəricisindən 1.5 milyard manat azdır.

Son 15 ildə manat sabit olduğu üçün tədqiqatçılar göstəriciləri əvvəlki illərlə müqayisə edəndə çətinlik çəkməyiblər. İndi iqtisadçılar bu məlumatları nominal göstəricilərlə yox, devalvasiyanın təsiri nəzərə alınmaqla müqayisə edilməlidirlər.

Dollar ifadəsində ($10 mlrd)  2015-ci ilin büdcəsinin gəlirləri son 20 ilin ən yüksək göstəricisindən – 2013-cü ilin gəlirlərindən 2 dəfə azdır. Üç il əvvəl büdcə gəlirləri  $20 mlrd idi. (“Turan” İA)

Ana səhifəXəbərlər”Devalvasiya olmasa da büdcə gəlirləri az icra olunacaqdı”