Dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək

Siyahıya əsasən 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir

Source:


Siyahıya əsasən 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edilib.

NK-nın yeni qərarına əsasən, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri də qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

Həmin siyahıya əsasən 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.

Ana səhifəXəbərlərDərmanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək