Dərman vasitələrinin qiyməti tənzimlənib

”Bugünədək 10.166 dərman vasitəsinin qiyməti tənzimlənib”

Source:
foto sosial şəbəkə


”Bugünədək 10.166 dərman vasitəsinin qiyməti tənzimlənib”

“Tarif Şurası bugünədək 10.166 dərman vasitəsinin qiymətini tənzimləyib”, – jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev belə deyib.

Tarif Şurasının katibi İlkin Məcidov isə bildirib ki, dərman vasitələrinin dövlət tərəfindən tənzimlənməsi Avropa ölkələrində də həyata keçirilir:

“Dərman vasitələrinin qiymətinin tənzimlənməsinin ən uğurlusu referans sistemidir. Bu, dərmanların qiymətinin aşağı salınması prinsipi ilə həyata keçirilir. Qiymətlər təchizata təsir etməyəcək həddədək azaldılmalıdır. Qaydalara görə 5 istinad ölkəsi nəzərə alınmalıdır”.

Ana səhifəXəbərlərDərman vasitələrinin qiyməti tənzimlənib