Dərman istehsalı üçün Pakistan Çinə 80 min eşşək ixrac edəcək

Çində eşşək çox qiymətli və bahalıdır, xüsusilə gönünə görə

Source:


Çində eşşək çox qiymətli və bahalıdır, xüsusilə gönünə görə

Təxminən 5 milyon eşşəklə dünyanın üçüncü böyük eşşək sürüsünə sahib olan Pakistan Çinə tibbi dərman və jelatin istehsalında istifadə etmək üçün eşşək satmağa hazırlaşır.

Pakistan xarici pul ehtiyatlarının kəsilməsi və xarici borcların artması ilə əlaqədar böhran içindədir. Fevralın əvvəlində Çin 42,5 milyard dollarlıq kredit təklif etdikdən sonra Pakistan qarşılığında müttəfiqinə eşşək ixrac edəcək.

“Pakistan heyvanı Çinə ixrac etməklə büdcədəki boşluğu doldurmağa çalışır,”- yerli xəbərlər vurğulayır.

Çində eşşək çox qiymətli və bahalıdır, xüsusilə gönünə görə. Onlar ənənəvi əczaçılıq və jelatin istehsalında istifadə olunur. Xüsusilə eşşək dəri və saç istehsalı, qan törədici, bəsləyici və immun sistemini dəstəkləyən dərman istehsalında üstünlük təşkil edir. Eşşək dərisindən istehsal edilən jelatin Çində dərman müalicəsinə malikdir.

Pakistan mediasına görə, iki ölkə eşşək ticarətində razılığa gəliblər. İlk üç ildə Pakistan hökuməti Çinə 80 min eşşək ixrac etməyi planlaşdırır.

İlk növbədə, zəif və şikəst eşşəklərin satışının həyata keçiriləcəyi açıqlanıb. Pakistanın şimal-qərbində yerləşən Hayber Pahtunhva (Khyber Pakhtunkhwa) əyalətində ixrac üçün istehsal müəssisələri yaradılacaq. Əyalətdə xarici investorların təsis qurmasına icazə veriləcək.

Əyalətdə 70 min ailənin dolanışığını eşşəklər sayəsində təmin etdiyi qeyd edilir. Bu anlaşma heyvan qıtlığının yaşanmayacağı şəkildə həyata keçiriləcək. Xarici investorların 3 milyard dollarlıq sərmayə qoyacağı bildirilir, – “Geo News” xəbər verir.

Ölkənin ixracını artırmaq məqsədi ilə ölkədə ilk növbədə eşşək təsərrüfatlarının inkişaf etdiriləcəyi elan edilib.

Hesabatlara görə, Dera İsmayıl Xan (Dera Ismail Khan) və Mansehrada (Mansehra) xarici tərəfdaşlıq ilə ən azı iki eşşək təsərrüfatı yaradılır.

Pakistan 5.3 milyon eşşəklə dünyanın ən böyük üçüncü eşşək əhalisinə, Çin isə 11 milyondan çox eşşək əhalisi ilə birinci yerdədir. Dünyanın 40 milyon eşşəyin təxminən yarıdan çoxu Çin, Efiopya, Pakistan və Meksikanın payına düşür.

Ana səhifəXəbərlərDərman istehsalı üçün Pakistan Çinə 80 min eşşək ixrac edəcək