Dərbənd meri Qurban Qurbanov ev dustaqlığına buraxılıb

O, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib

Source:


O, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib

Oktyabrın 2-də həbs edilmiş Dərbənd rayon admisnstrasiyasının sədri, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov ev dustaqlığına buraxılıb.

Məlumatı lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbər verib. T.Tahirlinin sözlərinə görə, Q.Qurbanov barəsində seçilmiş həbs qəti-imkan tədbirini dəyişdirilərək onun barəsində 2 aylıq ev dustaqlığı tədbiri seçilib.

Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsində bu il sentyabrın 16-da Q.Qurbanov barəsində Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Oktyabrın 2-də həbs edilən Q.Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Ramazan Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

Ana səhifəXəbərlərDərbənd meri Qurban Qurbanov ev dustaqlığına buraxılıb