“Der Spiegel”: Navalnının vəziyyəti yaxşılaşır

Navalnı məsələsi Rusiya ilə Qərb arasında yeni gərginliyə səbəb olub, bəzi Qərb hökumətləri Navalnının Rusiya təhlükəsizlik xidmətləri tərəfindən zəhərləndiyinə inanırlar.

Source: google.az


“Navalnının bəyanatları hücumun arxasında duranlar üçün təhlükəli ola bilər”

Rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən danışa bilib, – “Der Spiegel” cümə axşamı yazıb.

Kremlinin tənqidçisi keçən ay Sibirdən dönərkən təyyarədə özünü pis hiss edib. Komaya düşən siyasətçi daha sonra xüsusi təyyarə ilə Rusiyadan paytaxt Berlinə gətirilib və “Charite” xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada müalicə alan Navalnının səhhətində ciddi irəliləyiş müşahidə edilir.

Almaniya Navalnıya sui-qəsd olunduğunu deyərək Rusiyadan izahat tələb edib. Moskva 44 yaşlı Navalnının zəhərləndiyinə dair heç bir dəlil görmədiyini bildirir. Kremli Almaniyanın tələblərini “yersiz” adlandırıb.

“Der Spiegel” jurnalı Navalnının vəziyyətinin yaxşılaşması ilə ölkəyə və xəstəxanaya daha çox ziyarətçi qəbul edəcəyi gözləntilərilə ərazidəki polis mühafizəsinin gücləndirildiyini qeyd edib.

“Der Spiegel və Bellingcat başa düşür ki, Navalnının yenidən danışa biləcək və baş verənlərlə bağlı təfərrüatları xatırlaya biləcək”, – jurnalda qeyd edilib: “Onun bəyanatları hücumun arxasında duranlar üçün təhlükəli ola bilər”.

Navalnını müalicə edən xəstəxanadan şərh almaq mümkün olmayıb. Berlin polisi də münasibət bildirməyib.

Navalnının sözcüsü Kira Yarmış tviter hesabında “Spiegel”dəki məqalənin “şişirdilmiş və bir çox faktiki səhvləri ehtiva edən” araşdırma olaraq təsvir edib.

Navalnı məsələsi Rusiya ilə Qərb arasında yeni gərginliyə səbəb olub, bəzi Qərb hökumətləri Navalnının Rusiya təhlükəsizlik xidmətləri tərəfindən zəhərləndiyinə inanırlar.

ABŞ Dövlət katibi Mayk (Mike) Pompeo çərşənbə günü siyasətçinin zəhərlənməsinin yüksək səviyyəli Rusiya rəsmiləri tərəfindən sifariş edilməsinin mümkünlüyünü vurğulayıb.

Berlin zəhərlənməyə görə daha ağır təzyiqlər altındadır. Bəzi müxalif siyasətçilər Rusiyadan Almaniyaya gedən “Şimal Axın 2” qaz boru kəmərinin başa çatmasına baxmayaraq, ləğv edilməsini tələb edir.

Cümə axşamı İtaliyanın Baş naziri Giuseppe Conte Rusiya Prezidenti Vladimir Putinin ona Navalnının işini araşdırmaq üçün komitə quracağını söylədiyini və “Alman hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu” deyib.

Ana səhifəDünya“Der Spiegel”: Navalnının vəziyyəti yaxşılaşır