Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlanılır, proses oktyabrın 9-da başlayıb 30-da bitəcək
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkiləri təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası dərhal qanuna uyğun addımlar atmağa başlayıb. Trend-in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, iclasın gündəliyinə daxil edilən sənədlər seçkilər üçün mühüm əhəmiyyət kəsb edir.
Təqvim Planına əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanılır, 31 oktyabr saat 08:00-da isə təşviqat dayandırılır.
Seçkilərin müşahidə prosesi ilə bağlı sənədlər oktyabr 22-dən MSK-ya tədqim edilməlidir. Dairələr ərazisinə sənədlər DSK-ya səsverməyə gününə beş gün qalanadək təqdim edilməlidir. Seçki komissiyalarının iclaslarının müşahidəsi prosesi oktyabrın 22-nə kimi olacaq.
Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlanılır. Bu proses oktyabrın 9-da başlayıb 30-da bitəcək. Seçki məntəqələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi oktyabrın 2-dək başa çatacaq.