Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.
R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.
A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb.
Azərbaycan Avropa Hərəkatının rəhbəri ilə əlaqə prezidentə müraciət etdikdən sonra kəsilib
Oktyabrın 25-də axşam saat 19:00 radələrində Azərbaycan Avropa Hərəkatının rəhbəri, 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb. Bu barədə Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə “Amerikanın Səsi”nə məlumat verib.
Aysel Əlizadə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdiklərini deyir:
“Dünən 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir. Ramin mənim səlahiyyətli numayəndəmdir. Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürümür. Narahat oldum. Bir necə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi”.Ramin Hacılı oktyabrın 25-də saat 18 00 radələrində Facebook səhifəsində Azərbaycan prezidentinə müraciətini yayıb. O bildirir ki, ölkədə korrupsiya və rüşvətin qarşısının alınması üçün gənclərin potensialından istifadə edilməlidir.O, müraciətdə deputatlığa namizəd olduğu seçki dairəsində yerli hakimiyyət qurumlarının potensialından Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə istifadə olunduğunu deyir və prezidentdən bunların qarşısının alınması üçün kömək istəyir.Ramin Hacılının yoxa çıxması müraciətinin yayılmasından bir neçə saat sonraya təsadüf edib.